‘Bu çox böyük tarixi hadisədir’ - Deputat

‘Bu çox böyük tarixi hadisədir’ -  Deputat
13:56 08.02.2013
1457

“Azərbaycanı böyük bir bölgənin informasiya mərkəzinə çevirmək imkanı var”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Asim Mollazadə Azərbaycanın ilk peykinin orbitə çıxarılması ilə bağlı fikirlərini söyləyərkən bildirib. Millət vəkili bunun tarixi bir hadisə olduğunu söyləyib:

Azərbaycanın ilk peykinin orbitə çıxarılması çox böyük tarixi hadisədir. Bu, ölkəmizin iqtisadi inkişafı üçün olduqca önəmli addımdır. Çünki Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində ciddi irəliləyişlər edir və bu sahə ölkə iqtisadiyyatının, xüsusilə də, qeyri-enerji sektorunun inkişafına təkan verir. Bununla yanaşı, bu peykin ardınca yeni Azərbaycan peykləri buraxılarsa, bir sistem formalaşacaq və regionun informasiya-kommunikasiya sahəsinə böyük dəstək olacaq. Azərbaycanı böyük bir bölgənin informasiya mərkəzinə çevirmək imkanı var. Həmçinin, peyklər vasitəsilə Azərbaycan öz milli təhlükəsizliyini də təmin etməyə qadirdir.

Ceyhun

OXŞAR XƏBƏRLƏR