İngiltərədə yaşayan 26 yaşlı Emily bu qorxusunun necə başladığını xatırlamadığını, amma bütün həyatını məhv etdiyini söyləyir.
Qorxularına görə hələ də bakirə olduğunu deyən Emily Day qadınlara yaxınlıq duymadığını, yaraşıqlı kişi gördükdə bəyəndiyini, lakin onlarla üz-üzə gəldikdə, eyni məkanda qaldıqda çox qorxduğunu deyir.
Mütəxəssislərin fikrincə “kişi fobiyası”-nın yaranmasında təcavüz və ya kişilərlə bağlı pis anların olması faktoru rol oynayır. Lakin Emilinin vəziyyəti fərqlidir. O bu vaxta qədər kişilər tərəfindən zorakılığa məruz qalmayıb.