Bu da Acun Ilıcalının 20 milyon dollarlıq yaxtası - FOTO

Bu da Acun Ilıcalının 20 milyon dollarlıq yaxtası - FOTO
SOSİAL
14:07 19.10.2022
208
Məşhur türkiyəli teleaparıcı və iş adamı Acun Ilıcalının 20 milyon dollarlıq meqa yaxtası ortaya çıxıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 47,2 metrlik yaxtanın adı "B.A.L.M.Y.” adlanır.

Yaxtada 8 nəfərlik ekipaj otağı və 5 fərqli qonaq otağı mövcuddur, 10 nəfər qonağı qəbul edə bilir.

20 milyon dollar dəyərində olduğu bildirilən yaxtada iki "Caterpillar C32” dizel mühərriki var. Bu mühərriklərin hər biri 1450 at gücünə malikdir.

Qeyd edək ki, Ilıcalı son model qayığa "Balmy" adını qızlarının baş hərflərinə uyğun qoyub. 53 yaşlı Ilıcalının Banu, Yasemin, Leyla və Melisa adlı 4 qızı var.
 
Ayşən
 

OXŞAR XƏBƏRLƏR