Bu da Əkrəm Əylislinin əsərindən - PARÇA

MƏDƏNİYYƏT
00:01 02.02.2013
6030

Yazıçı, millət vəkili Əkrəm Əylislinin “Daş yuxular” romanı Azərbaycan cəmiyyətinin əksər hissəsində qəzəblə qarşılanıb.

Yazıçının öz əsərində azərbaycanlıları aşağılayıb, erməniləri ilahiləşdirməsi təbii ki, razılıqla qarşılana bilməzdi.Adıçəkilən romandan bir neçə hissənin qısa məzmununu təqdim edirik:“Doktor, əzizim mənim, doktor...öldürdülər. Belə bir adamı günün günorta çağı, döyüb-əzişdirdilər, yazığı məhv elədilər. Hamısını yerazlar elədilər, yerazlar. Beş-altı yeraz oğlan...Bu köpək uşağı qaçqınlar adamlara qətiyyən hörmət də eləmirlər, doktor, əzizim. Nə artist tanıyırlar, nə şair, nə də yazıçı. Kiməsə sən ermənisən de, işin bitəcək. O dəqiqə səni ayaqlarının altına salıb, vəhşi heyvan kimi tapdalayacaqlar.Tikə-tikə eləyəcəklər, heç kim də yaxın gəlməyə cürət eləməyəcək...Deyirəm onlara ki: döyməyin, bu insandır axı, erməni deyil, o bizim adamdır, xalqımızın balasıdır, millətimizin qürurudur, vicdanıdır.Kimdir qulaq asan. Heç öz adımı deməyə belə imkan vermədilər. Böyrümdən elə bir təpik ilişdirdilər ki, az qaldı o dünyalıq olum. Bax, bura doktor, sağ tərəfimə. İndiyəcən ağrısı çəkilib getmir...

****— Məsələ belə olub, doktor: bu gün şəhərdə gəzirdim. Saat neçə idi, dəqiq deyə bilməyəcəyəm- bəlkə də on, bəlkə də on bir. Parapetdə fontanlı bir yer var- yəqin ki, oranı görmüsünüz. Birdən həmin yerdən qorxunc qışqırıq səsi eşidildi.Elə bil kimsə ulayırdı. Sən demə, qoca erməni imiş. Çörək almağa çıxıbmış, o dəqiqə də yerazların cənginə keçib. Elə ev paltarında imiş.. Ayağında da ev başmağı. Onun olduğu yerə çatana qədər bədbəxt artıq canını tapşırmışdı, onlar onu öldürüb hovuza atmışdılar.Gözləri açıq idi, doktor, özü də düz mənə baxırdı. Qocanı necə öldürdüklərini şəxsən görə bilmədim. Amma orada məndən daha əvvəl olanlar danışırdılar ki, onlar əvvəlcə ermənini hovuza, düz buzlu suyun içinə atıblar. Qoca adamdır da, suda qala bilməyib. Çıxmağa can atıb.Həmin oğlanlar isə hovuzun kənarında dayanıb ayaqları ilə onu ölənə qədər təpikləyiblər. Allah köməyi olmuş Saday Sadıqlının da başından bəla heç əksik olmur. Yoxsa həmin vaxt o lənətə gəlmiş yerdə onun nə azarı var idi axı?...Dözə bilməyib də, vəssalam!... Artistdir bu adam, humanist insandır. Ürəyi tab gətirməyib.

Köməyə qaçıb. Bu yerazlar da haradan bilsinlər ki, o kimdir, nəçidir? Gəlmədirlər axı, buralı deyillər. Ona görə də, elə biliblər ki, ermənidir, vəhşi heyvan kimi üstünə hücum çəkiblər.Bircə dəqiqə də gecikəydim, onu da qoca erməni kimi o dünyalıq edəcəkdilər. Ancaq Allah ona rəhm elədi- sağ qaldı. Sizə yalvarıram, doktor, onu xilas edin. Bu böyük insanın həyatı indi sizin əlinizdədir.- Artist məhz bu patetik sözlərlə nitqinə son verdi. Həkim əməliyyata başlamaq üçün tələsirdi. Lakin görünür ki, bunun üçün də nəsə çatışmırdı.Həm də deyəsən, artistin danışdıqları onu yaman sarsıtmışdı. O, əməliyyat masasının üzərində huşsuz vəziyyətdə uzanan Hamlet-Otello-Kefli İsgəndərin qoca ermənini xilas etməyə çalışmasında qeyri-adi heç nə görmürdü.Doktorun fikrincə, özünü insan sayan hər bir kəs məhz bu cür davranmalı idi. Lakin bu şəhərin sakinləri elə bil ki sözü bir yerə qoyublar, insanlıq deyilən məfhumdan tamamilə üz döndəriblər.

Hətta o dərəcədə ki, onlara bəlkə öz insanlıq simalarını saxlamaq belə artıq sərf eləmir.

****Günlərin bir günü, səhər hələ təzə-təzə açılmağa başlayırdı ki, həyətdə qəfil səs-küy qalxdı: bəs ay adamlar, qulaq verin, burada bir erməni arvad özünü balkondan aşağı atıb.

Qreta Sarkisovnanın yumaq kimi büzüşmüş bədəni böyük qan çanağının içində hələ təzə can verməkdə idi, lakin artıq şəhərdə balkondan özünü aşağı atan qadının ölümündən qabaq peşmanlıq məktubu yazmasına dair söz-söhbətlər dolaşırdı:

“Mən ermənilərin törətdikləri cinayətlərə görə özümə nifrət edirəm. Xalqıma nifrət edirəm, elə buna görə də daha yaşamaq istəmirəm. Qarabağ Azərbaycanın torpağıdır. Yaşasın, Azərbaycan”.

Nuvariş nə o vaxt, nə də indi bu “intihar”ın məhz Şuşadan olan həmin o uzundrazın işi olduğuna şübhə etmirdi. Tamamilə mümkün ehtimaldır, ola bilər ki, Şahqacar Ərmağanov Qreta Sarkisovnanı balkondan elə özü atıb.

İndi belə zəmanədir də. İstəyirsən, gündə balkondan lap yüz erməni tulla. Lap elə müsəlmanları da. Əgər bir insanın arxasında dayananı yoxdursa, onu yer üzündən silmək o qədər asandır ki.

****Elə Fərid Fərzaninin Moskvadan Bakıya qəfil köçməsinin səbəbi də onun qəlbində öz dininə qalmış az-çox inamı idi. Əgər ona Moskvada üç il bundan əvvəl desəydilər ki, vaxtilə Peyğəmbər haqqında bəzi ifadələr işlədən artist palatada huşsuz vəziyyətdə yatır, doktora belə şeyləri dinləmək üçün uzun-uzadı vaxt lazım olardı.

Lakin onun Bakıda bu üç il ərzində gördükləri onun dinə də, vətənə də, lap elə Peyğəmbərə də münasibətini kəskin surətdə dəyişmişdi.

Doktor həm də xüsusilə, şəhərin müsəlman əhalisinin ermənilərə qarşı belə amansız davranışından bərk sarsılmışdı, görünür, ermənilərdən belə bir qəddarlığı o şəxsən heç vaxt görməmişdi. /// gun.az

OXŞAR XƏBƏRLƏR