Bu da Hülya Avşarın seksual klipi - VİDEO

MAQAZİN
10:50 27.06.2014
3311

Məşhur türk ifaçısı Hülya Avşar bir neçə gün əvvəl yayımladığı ehtiraslı fotolarla yeni klipinə maraq oyatmağa çalışmışdı.

AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, sənətçi yeni işıq üzü görən "Aşk büyükse" adlı albomuna daxil etdiyi "A benim akılsızım" adlı mahnının klipini təqdim edib.

Klip çəkilişləri üçün yaraşıqlı aktyor Pamir Pekin ilə kamera qarşısına keçən Avşar qızı klipinin əsas çəkilişlərini Belqrad meşələrində çəkdirib. Klipin rejissorluğunu Kamal Başburğ edib. Müğənni açıqlamasında klipin bu gündən etibarən Türkiyənin Kral televiziyasında yayımlanacağını bildirib

Onu da qeyd edək ki, bir neçə gün əvvəl şəkillər paylaşaraq pərəstişkarlarını həyəcanlandırsa da, gözlənilən reaksiya alınmayıb. Belə ki, klipdə gözlənilən kimi təəccübləndirici heç bir səhnə olmayıb.

OXŞAR XƏBƏRLƏR