Müəllimin şagirdlərə imzalatdırdığı kağızı görən valideynlər təəccübləniblər.
AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, kağızda dərs vaxtı alına biləcək icazələrlə bağlı məlumatlar qeyd olunub.
ABŞ-ın Tenessi ştatının Memfis şəhərindəki "Aspire Hanley Middle School"da müəllim işləyən adı açıqlanmayan, sadəcə kağızda "Mrs. White" kimi qeyd olunan qadın dərs vaxtı uşaqlara tualetə getməklə bağlı müqavilə imzalatdırıb.
Müqaviləyə görə, şagirdlər ay ərzində, sadəcə, 2 dəfə ayaq yoluna gedə bilərlər. Ancaq həkimdən arayış təqdim etməklə bu qadağadan azad olmaq olar.
Müqavilənin şəklini çəkən valideynlər sosial şəbəkələrdə paylaşıblar. Müəllim bu hərəkətinə görə kəskin şəkildə qınanılıb, izləyicilər onu qəddar adlandırıblar.