Çinin Şimalında yerləşən Hebei əyalətində maraqlı hadisə baş verib.
Qi soyadlı bir kişi ölümündən öncə son vəsiyyətində öz sevimli avtomobilində torpağa tapşırılmasını vəsiyyət edib.
Mərhumun son vəsiyyətini yerinə yetirmək qərarına gələn qohumları onu gümüşü rəngli "Hyundai Sonata" markalı avtomobili ilə dəfn ediblər.
Qinin yaxınlarının sözlərinə görə, buna səbəb onun gənc yaşlarından avtomobilə olan sevgisidir.
Mərhumun meyiti avtomobilin salonuna yerləşdirildikdən sonra ekskavatorun köməkliyi ilə avtomobil məzara endirilib.
///Axşam.az