'Bu da onun sübutudur ki, Milli Şura müstəqil qurum deyil' - Elçin Mirzəbəyli

SİYASƏT
15:40 29.05.2013
2018
Uzun müddətdir müzakirə olunan Milli Şura nəhayət ki dünən axşam saatlarında elan olunub. Müsavat partiyasının başqanı İsa Qəmbər mətbuata açıqlamasında işləmlərin bitməsinə rəğmən şuranın elan olunmasına tələsmək lazım olmadığını bildirsə də, son anda fikirlərindən dönərək şuranı 28 may günü elan ediblər. Şuaranın yaranması ilə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli AZXEBER.COM-a açıqlama verib. O bildirib ki, Milli Şuranın bu cür formada elan olunması qurumun xaricdən idarə olunmasının açıq göstəricisidir. Politoloq şuranın günün sonunda elan olunmasını xarici göstərişlərin son anda dəyişdiyi ilə əlaqələndirib: “Əslində elan olunma 28 may günü səhər saatlarında həyata keçirilməli idi, lakin elan olunmadı və Eldar Namazov bunun ardınca mətbuat konfransı keçirdi, ondan bir müddət sonra “Milli Şura” məsələsi həll olundu. Bu da onun sübutudur ki, Milli Şura müstəqil qurum deyil və onları idarə edən qüvvələr var. Görünür, xarici qüvvələr son anda göstəriş verib, onları yenidən bir araya gətirmək qərarına gəliblər”. E. Mirzəbəyli şuranın 28 may günü elan olunmasını və Milli Şura adının seçilməsini cumhuriyyətə zidd bir amil olduğunu bildirib. O bu şuranın cumhuriyyət dövründə fəaliyyət göstərən “Milli Şura” ilə heç bir əlaqəsi olmadığını da vurğulayıb: “Bu şuraya bu adın təyin edilməsi Azərbaycan konstitutsiyasına, Azərbaycan Cumhuriyyətinə qarşı gəlməkdir, cumhuriyyət tarixinə zərbədir. Çünki “Milli Şura” cümhuriyyət dövründə Azərbaycanın müstəqilliyini elan edən bir qurum olmuşdur, amma indi Rusiya, İran və digər dövlətlərin də idarəetməyə daxil olduğu bir struktura “Milli Şura” adı verilməsi düzgün deyil. Vaxtı ilə cümhuriyyətə qənim kəsilən dövlətlərin idarə etdiyi insanlar tərəfindən “Milli Şura”nın elan edilməsi ən azından mənəvi dəyərlərə zidd olan bir addımdır. Bu baxımdan prinsip etibarı ilə heç bir şeyin dəyişəcəyini gözləmirəm. Çünki şuranı fərqli maraqlar, fərqli düşüncələrinə görə hər kəs bir tərəfə çəkəcək”. Politoloq Milli Şura haqqında düşüncələrin birmənalı olduğunu bildirib.O, Milli Şuranın Rusiya və digər ölkələr tərəfindən maliyyəəlşməsini isə şuranın rəhbərləri ilə əlaqələndirib: ”Bu proses formal olaraq ölü doğulub. Bu layihəni həyata keçirən şəxslər var ki, onlar Azərbaycan siyasətində hər kəsin tanıdığı simalardır. Bu günədək həmin insanların adının əmsalı nəyə bərabər olubsa, bundan sonra da eyni şeyə bərabər olacaq. Bu sırada Rüstəm İbrahimbəyov istisnadır, çünki o heç vaxt siyasətdə olmayıb. O ki, qaldı "Milli Şura”nın Rusiya və ya digər tərəfdən maliyyələşməsinə, Eldar Namazov və Rüstəm İbrahimbəyov olan yerdə bu hal təəccüblü deyil”.Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR