Ani bir qərarla ərindən ayrılan və son zamanlarda “Muhteşem Yüzyıl” teleserialında Mahidevran rolu ilə diqqətləri üzərinə çəkən Fettahoğlunun Şaşmazla əlaqəsinin yaxın çevrələrinə daha əvvəlcədən məlum olduğu bildirilir. Çütlük bu günə kimi gündəmə gəlməmək üçün jurnalistlərin girişinə icazə verilmədiyi yerlərdə, daha çox İstanbulda Maçka adlanan ərazidəki “Kısmet Apartmanı” restoranında görüşürmüş. Məlumata görə onlar diqqət cəlb etməmək üçün ora ayrı-ayrı vaxtlarda gəlirmişlər.
//Ans Press