Xəbər verdiyimiz kimi, futbolçu Kriştiano Ronaldo martda dünyaya gələn əkizləri ilə ilk dəfə görüşüb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu Portuqaliya-Çili matçından sonra əkizlərinin yanına yollanıb.
"Həyatımın iki sevincini qucağımda tutduğum üçün elə xoşbəxtəm ki...”, - deyə Ronaldo əkizlərinin fotosunu sosial şəbəkədə paylaşaraq qeyd edib.
Xatırladaq ki, Ronaldonun əkizləri surroqat ana vasitəsilə doğulub. Hazırda Ronaldonun sevgilisi Corcina Rodriqezin də ana olmağa hazırlaşdığı iddia edilir.