Bu da Roza Zərgərlinin nəvəsi — VİDEO

Bu da Roza Zərgərlinin nəvəsi — VİDEO
MAQAZİN
13:09 09.12.2019
4950
Dörd uşaq anası Roza Zərgərli ilk dəfə nəvəsini efirdə göstərib.

AZXEBER.COM baku.ws-ə istinadən xəbər verir ki, Sofiya övladlığa götürdüyü Natəvanın kiçik qızıdır.

"ATV Maqazin Onlarla" proqramının "33 sual" rubrikası Zərgərlinin evində qonaq olub. Qapını çəkiliş qrupuna balaca Sofiya açıb. 
Xatırladaq ki, hazırda Roza Zərgərlinin dörd övladı var. Doğma övladı Bənövşə Allahverdiyeva ilk evliliyindəndir. 5 il davam edən bu izdivacdan müğənninin əkiz övladı doğulub. Bənövşə və bir oğlan. Oğlan rəhmətə gedib.

Ifaçının ikinci evliliyi 16 ildir davam edir. Bu evlilikdən uşağı olmayıb. Cütlük üç uşaq övladlığa götürüb. Övladlığa götürdüyü böyük qızı Natəvanın 27 yaşı var. Onun iki qızı var. Yəni Roza Zərgərlinin iki nəvəsi var. Natəvan və Corc-Jerar Qafarovlar qardaşdırlar.
 

OXŞAR XƏBƏRLƏR