Milli Şuranın prezidentliyə namizədi Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıq probleminin həllinə çalışmadığı iddia olunub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiyadakı mənbələr məlumat yayıb.Rusiyada yaşayan və bu dövlətin hakimiyyət dairələri ilə ciddi əlaqələri olan mənbənin verdiyi məlumata görə, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmaq üçün heç ərizə-filan yazmayıb.Mənbə iddia edir ki, Rusiyanın paytaxtı Moskvada, müxtəlif ünvanlarda Rüstəm İbrahimbəyova məxsus mənzillər olduğu üçün onun vətəndaşlıqdan imtina etməsi həmin mənzillər üzərindəki hüquqlarını sual altına qoyduğundan və ən əsası isə Rüstəm bəyin adı çəkilən ölkənin hakimiyyət dairələri ilə razılaşması nəticəsində belə ərizə yazılmayıb:“Sadəcə İbrahimbəyov Rusiya hakimiyyəti ilə razılaşma əsasında Milli Şura üçün vaxtı uzadıb və zaman keçdikcə başqa namizədlər üzərində dayanılması üçün gözləyib. Nəticədə istədiyinə də nail olub - Milli Şura alternativ namizəd barədə qərar verib. Amma tam mənada istəyinə nail olmayıb.Çünki İbrahimbəyov namizədlərin verilməsini istəyirdi, Milli Şura isə ehtiyat vahid namizədlə seçkiyə getmək haqqında qərar qəbul edib”.Mənbə qeyd edir ki, əgər dedikləri doğru olmasaydı, Rüstəm İbrahimbəyov Rusiya prezidentinə və müvafiq qurumlara vətəndaşlıqdan çıxmaq haqda yazdığı ərizənin surətini mətbuatda, internetdə yaymışdı:“Kimlərinsə Vladimir Putinə ünvanladığı müraciətlər isə hüquqi əsas sayıla bilməz, çünki vətəndaş özü öz imzası ilə müraciət etməlidir, Rüstəm İbrahimbəyov isə belə bir müraciət etməyib, ona görə də onun Rusiya vətəndaşlığından çıxarılması mümkün deyil.Bu barədə Milli Şurada yalnız iki nəfərin xəbəri var - Rüstəm İbrahimbəyovun özünün və Eldar Namazovun”.
Bu həm də o deməkdir ki, Rüstəm İbrahimbəyovun siyasi fəaliyyəti başlamamış bitdi...