Bu da yeni iPad - VİDEO

MARAQLI
17:35 08.03.2012
2811
"Apple" şirkətinin yeni məhsulunun konkret adı yoxdur."Apple" şirkəti tablet kompüter həvəskarlarına yeni iPad təqdim edib. Yeni məhsulu şirkətin icraçı direktoru Tim Kuk ABŞ-ın San-Fransisko şəhərində təqdim edib. Yeni iPad-lər gələn həftədən Amerika Birləşmiş Ştatları və daha bir neçə ölkədə satışa çıxarılacaq. "Apple" şirkəti bu yeni məhsulunu iPad 3 adlandırmamağa qərar verib. Əvəzində onu sadəcə "yeni iPad", yaxud "iPad HD" adlandırmaq təklif olunub.Yeni iPad-in, gözlənildiyi kimi, daha iti görünüşlü ekranı, daha sürətli işləyən prosessor çipi var. Bu yeni xüsusiyyətlər yeni iPad-in iPad 2-dən bir qədər enli və ağır olmasına səbəb olub. Yeni tablet kompüterdə "Windows 8" əməliyyat sistemi də mövcud olacaq.Qeyd edək ki, texnologiyalar sahəsində aparıcı şirkət indiyədək 55 milyondan çox iPad satıb ki, bunun da 40,5 milyonu ötən ilin payına düşür.
OXŞAR XƏBƏRLƏR