Bu dəfə arvad ərini döydü - 42 yaşlı kişi xəsarət aldı

Bu dəfə arvad ərini döydü - 42 yaşlı kişi xəsarət aldı
SOSİAL
13:35 25.06.2017
16173
 
Bakının Binəqədi rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un xəbərinə görə, Binəqədi qəsəbəsi, 1-ci mədən ünvanında yaşayan 1975-ci il təvəllüdlü Abışov Namiq Yadulla oğlu həyat yoldaşı ilə ailədaxili münaqişə edib.

Bu zamanı N.Abışov üz nahiyəsindən müxtəlif xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbləri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.
 
OXŞAR XƏBƏRLƏR