“Bu dəfə dərimizi yox, ürəyimizi sən soyub getdin, Nəsimi!”

“Bu dəfə dərimizi yox, ürəyimizi sən soyub getdin, Nəsimi!”
MƏDƏNİYYƏT
11:20 31.03.2026
193
"Bu oyunun yaman oldu "Beyrək", bu döyüşün yaman oldu "Babək"! Bu dəfə dərimizi yox, ürəyimizi sən soyub gettdin, "Nəsimi"!".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı deyib.
 
Sosial mediada paylaşdığı duyğusal yazıda sənətkara vida edən sənətçi, onu heç zaman unutmayacağını deyib:
 
"Onun filmlərinə baxanda anlayırdıq ki, orada artıq aktyor yox, Beyrək var idi. O, bizi buna inandırdı. Filmin sonunda Beyrəyin nişanlısının atasına müjdə verməsi səhnəsi isə insanın ürəyini parçalayan bir hissəsidir. O xəbərin sevincini yaşadıqca, içimizdə qəribə bir arzu baş qaldırırdı. Görəsən, bizə nə vaxt belə bir xəbər gələcək? Görəsən, nə vaxt deyəcəklər ki, Rasim qayıtdı...

Dünən Akademik Milli Dram Teatr səhnəsində gördüklərimiz də bizi yaman inandırdı və hələdə ağladır. Bu oyunun yaman oldu Beyrək, bu döyüşün yaman oldu Babək. Bu dəfə dərimizi yox, ürəyimizi sən soyub getdin, Nəsimi!"
 
Əməkdar artist Rasim Balayevlə son danışığını da xatırlayıb:

"Sonuncu danışımızda ona dedim ki, "Siz Rasim Balayevsiniz! Sizin dəyərinizi bilənlər bilir, sizi sevənlər ömür boyu sevəcək. Bundan şübhəniz olmasın hecvaxt. Siz bizim əsl sənət əslimiz, kökümüzdən doğulanımızsınız! Sizi sevənlər bir günlük deyil, ömürlük sevib. Yaxşı ki, bunları sizə deyə bildim dogmamız, ürəyimizi özü ilə aparan Rasim Balayev!"
 
Aysel

OXŞAR XƏBƏRLƏR