Bu dəyişikliklə yüzminlərlə vətəndaş öz əmlakına - “Kupça” ala biləcək

Bu dəyişikliklə yüzminlərlə vətəndaş öz əmlakına - “Kupça” ala biləcək
SOSİAL
14:02 23.07.2025
537
"Azərbaycan Prezidenti "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklikləri təsdiq edib. Bu Fərman nəticəsində 100 minlərlə vətəndaş öz əmlaklarına mülkiyyət sənədlərini əldə etmək hüququ qazanıb”.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib.

"Ayrı-ayrı dövrlərdə vətəndaşlara müxtəlif dövlət orqanları tərəfindən mülkiyyət sənədləri verilmişdi. Lakin bu sənədlər əsasında mülkiyyət hüququnun alınması mümkün deyildi. Hər il ƏMDX vətəndaşların müraciətləri əsasında təhlillər aparır. Vətəndaşların əlində 439-cu Fərmanla təsbit olunan sənədlərdən fərqli sənədlər də var. Bu dəyişikliyin mahiyyəti müxtəlif orqanlar tərəfindən verilmiş sənədlərə hüquqmüəyyənedici sənəd statusu gətirməkdir”, - deyə o qeyd edib.

N.Alimova əlavə edib ki, əvvəlki dövrlərdə, xüsusilə 2001-ci ilin yanvar ayının 1-dək texniki inventar idarələri tərəfindən tərtib olunmuş texniki pasport sənədləri əllərində olan vətəndaşlar - əgər torpaq sahəsinin ölçüsü göstərilibsə, bu sənədlərlə müraciət edərək həm torpaq, həm də tikili üzərində hüquqlar əldə edə biləcək. Artıq həmin tikilinin və ya bağ evinin qeydiyyatdan keçib-keçməməsi şərti aradan götürülür.
OXŞAR XƏBƏRLƏR