“Bu, dünya müharibəsidir” - Roma Papası

“Bu, dünya müharibəsidir” - Roma Papası
DÜNYA
19:24 18.12.2022
328

"Qısa müddət ərzində Ukraynadakı münaqişənin sonunu görmürəm, çünki bu, dünya müharibəsidir”.

AZXEBER.COM  xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk deyib.

"Bunu unutmayaq. Artıq müharibədə iştirak edən bir neçə "əl” var. Bu, qlobal xarakter daşıyır. Mənə elə gəlir ki, burada çoxlu maraqlar var”, - deyə Papa Fransisk qeyd edib.

Ukraynada baş verənlərə dəfələrlə öz etirazını bildirdiyini deyən Roma Katolik Kilsəsinin rəhbəri vurğulayıb: "Mən bacardığımı edirəm. Onlar qulaq asmırlar. Ukraynada baş verənlər dəhşətlidir. Böyük qəddarlıq var”.

OXŞAR XƏBƏRLƏR