Bu əlamətlər sizdə varsa, deməli qocalmısınız - SİYAHI

MARAQLI
16:28 20.06.2013
2440

Belə bir deyim var. “Yaşım çox olsa da, qəlbim cavan qalıb”.

AZXEBER.COM-un məlumatına görə, ekspertlər bu cür ifadələrlə bağlı araşdırma aparıb. Məlum olub ki, sadalanan bu 20 səbəb özünü göstərirsə, demək artıq qocalığa az qalıb. Həmin 20 səbəb bunlardır:

1. Daimi olaraq bədəninizin müəyyən hissəsinin qıc olması 2. Əyilərkən narahatlıq hissi keçirtmək 3. “Mən gənc olanda bunları belə etmirdim”- demək 4. Cümlələrə “mənim vaxtımda” kəlməsi ilə başlamaq 5. Top 10-da olan mahnılardan xəbərsiz olmaq 6. Qulaq və burun deşiklərində tüklərin yaranması 7. Əyləncə mərkəzlərindən uzaqlaşmaq 8. Sümüklərin ağrıması 9. İnsanların adını unutmaq 10. Düzgün yaş verə bilməmək 11. Axşam tez yatmaq 12. Günorta yuxusuna ehtiyyacı olmaq 13. Gəncləri anlamamaq 14. Yeni yaradılmış texnologiyadan anlamamaq 15. Ucadan danışmaq 16. Daimi deyinmək 17. Yeni musiqi qruplarının adını bilməmək 18. Ağır məhsulları qaldırmaqdan ehtiyyatlanmaq 19. Gənclərin baxdığı televiya proqramlarından imtina etmək 20. Axşamlar evdə oturmağı seçmək.

Qeyd edək ki, Yaponiya və Fransa alimlərinin apardığı tətqiqatlarda göstərilir ki, cavan qalmağın ən böyük sirri soğandadır. Çünki soğan yaraları dezinfiksiya etmə qabilliyyətinə sahibdir. Alimlər müəyyən ediblər ki, soğan beyin hüceyrələrini təmizləyir və qocalma prosesini ləngidir. Soğandan vaxtaşırı istifadə edən insanlar yaddaş problemi ilə nadir hallarda qarşılaşırlar. Fransa alimləri həm də onu iddia edirlər ki, yeməklərdə soğan və sarımsağın istifadəsi döş xərçəngi riskini azaldır.

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR