Boluda 4,8 bal gücündə zəlzələ baş verib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 8 kilometr dərinlikdə baş verən yeraltı təkanlar İstanbul da daxil olmaqla ətraf vilayətlərdə də hiss olunub.
Zəlzələdən sonra açıqlama verən AFAD sədri Yunus Sezər "Bolu əyalətimizdə baş verən 4,8 bal gücündə zəlzələdən sonra neqativ hal yoxdur. Sahə araşdırmaları davam edir”, deyə bildirib.
Zəlzələnin İstanbulda da hiss edilməsi vətəndaşlar arasında qorxuya səbəb olub.
Ayşən