Bu ərazidə gecədən qaz yoxdur

12:07 14.12.2024
210
Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Oktyabr küçəsində naməlum avtomobil tərəfindən qaz xətti yararsız hala düşüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, nəticədə 14 dekabr saat 02:11-dan etibarən qaz təchizatı dayandırılıb:

"Qaz təchizatı dayandırılan müddətdə 400 istehlakçının qaz təchizatında fasilə yaranıb. Hazırda təmir-bərpa işləri aparılır”.

OXŞAR XƏBƏRLƏR