Bu ərazidə su olmayacaq

Bu ərazidə su olmayacaq
SOSİAL
10:14 30.01.2018
1100
Bakı şəhəri Pirallahı qəsəbəsini içməli su ilə təchiz etmək məqsədilə yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar, yanvarın 30-da gün ərzində Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə AZXEBER.COM-a "Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.
OXŞAR XƏBƏRLƏR