Bu ərazilər İŞİD-dən alınıb azərbaycanlılara veriləcək - XƏRİTƏ

SİYASƏT
02:30 01.08.2015
1882
Türkiyə ilə ABŞ Suriyanın şimal-qərbindəki Azez-Cerablus arasındakı bölgəni İŞİD-dən təmizləmək məsələsində razılığa gəliblər.AZXEBER.COM Publika.az-a istinadə xəbər verir ki, “Əl-Cəzirə”nin yüksək səviyyəli mənbələrdən əldə etdiyi məlumata görə, bunun qarşılığında İncirlik hərbi bazası koalision güclərin üzünə açılacaq. Əsas məsələ İŞİD-dən təmizlənəcək bölgəyə kimin yerləşdirilməsidir.Məlumata görə, razılaşmaya görə həmin bölgəyə Suriya müxalifəti ilə türkmanlara (Azərbaycan əsilli -red) veriləcək. Rəsmi Ankara PKK-nın Suriya qolu olan PYD-nin bu bölgəyə təsir etmək imkanlarına imkan verməyəcək.Qeyd edək ki, iki gün öncə MİT rəhbərliyi ilə türkman komandirlərinin Ankarada keçirdikləri görüşdə Türkiyənin 5 minlik türkman ordusu yaratması haqda razılığa gəlinib.
OXŞAR XƏBƏRLƏR