AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, bazar iştirakçıları deyirlər ki, alıcı üçün indi əsas meyarlardan biri də sənədləşmədir. Xüsusən çıxarışlı və ipotekaya yararlı fərdi evlər daha tez satılır.
Mütəxəssislərin fikrincə, əvvəllər daha çox mənzil bazarına üz tutan vətəndaşların bir hissəsi indi aylıq ödəniş baxımından özünə daha uyğun variantı Bakıətrafında axtarır. Bu da fərdi ev bazarında həm tələb, həm də rəqabəti artırır.
Ekspert hesab edir ki, mövcud tendensiya yaxın aylarda da davam edəcək.
Onun sözlərinə görə, avqustun sonunadək fərdi yaşayış evlərinin qiymətlərində orta hesabla 20-25 faizədək artım müşahidə oluna bilər.









































