Vüsal Aslanovun bu sözləri kəskin tənqid edildi: Bu ərazilərə metro tiksək, vətəndaşlar…- VİDEO

Vüsal Aslanovun bu sözləri kəskin tənqid edildi: Bu ərazilərə metro tiksək, vətəndaşlar…- VİDEO
SOSİAL
11:22 15.05.2026
1077
"Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov ATV kanalına müsahibəsində maraqlı fikirlər səsləndirib.

AZXEBER.COM xəbər verir ki, V.Aslanov indiki şəraitdə paytaxt ətrafındakı qəsəbələrin metro vasitəsilə mərkəzə birləşdirilməsinin məqsədəuyğun olmadığını deyib.

O, şəhərin mərkəzində metro şəbəkəsinin şaxələndirilməsindən sonra bu istiqamətdə addımların atıla biləcəyini vurğulayıb.

"Metro elə bir nəqliyyat növüdür ki, həm sürətinə, həm intervalına, həm rahatlığına görə hər kəs evinin yaxınlığında istəyir. Digər nəqliyyat növləri ilə müqayisə etsək, metro tikintisi ən çox investisiya tələb edən infrastruktur obyektidir. Yeni stansiyaların yerləri müəyyənləşdirilərkən çox ciddi təhlillər aparılır. Bakı şəhərinin rəqəmsal eskizi mövcuddur. Mövcud olan bütün nəqliyyat, infrastruktur, yaşayış və iş yerləri – hamısı həmin proqram təminatında əks olunub.

Perspektiv inkişaf istiqamətləri də orada öz əksini tapıb. Çox yerə ehtiyac var ki, biz metro şəbəkəsini genişləndirək, inkişaf etdirək. Amma bunu mərhələli şəkildə etməliyik. Bütün inkişaf perspektivləri simulyasiya olunur və ona əsasən biz yeni metro stansiyalarının yerini müəyyənləşdirməyə çalışırıq. Burda incə bir nüans da var, qeyd etdiyiniz Binəqədi, Bakıxanov, Qaraçuxur, Yeni Yasamal kimi yerlərdə metro stansiyaları tiksək, həmin vətəndaşlar şəhərin mərkəzinə gəlməyə çalışacaqlar. Şəhərin mərkəzində onsuz da bizim mövcud olan və çox yüklənmiş infrastrukturumuz tamamilə iflic vəziyyətə düşə bilər. Ona görə də, ilkin məqsəd şəhərin mərkəzini şaxələndirmək, mərkəzə bir neçə alternativ istiqamətdə gediş-gəlişi təmin etmək, ondan sonra digər əraziləri həmin şəbəkəyə qoşmaq mümkün ola bilər.

Məsələn Xırdalan, Masazır istiqamətləri barəsində də çox suallar verilir. Amma onlara qoşa biləcəyimiz metro xəttimiz mövcud deyil. Yaşıl xətt onsuz da doludur və interval problemi var. Bənövşəyi xətt çox qısa olduğu üçün həmin yükü götürə bilmir və bizim daşıdığımız ümumi sərnişin kütləsinin 3 faizini əhatə edir. Biz Bənövşəyi xətti uzadıb şəhərin mərkəzinə tam inteqrasiya etdikdən sonra və onun üzərində 3 keçid stansiyasını Bakının şimal hissəsindən (Sumqayıt, Xırdalan, Masazır və digər qəsəbələr) gələn insanlar çox asanlıqla "Xocasən” və "Avtovağzal” stansiyalarından daxil olmaqla metrodan istifadə edəcəklər və həmin keçid stansiyalarından Yaşıl xəttə rahat keçib yollarına davam edəcəklər”, - sədr qeyd edib.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb