Bu ərazilərdə yollar təmir ediləcək - VİDEO

Bu ərazilərdə yollar təmir ediləcək - VİDEO
SOSİAL
00:12 23.03.2026
139
Bakıdakı 42 ərazidə yollar təmir ediləcək, hərəkət məhdudlaşdırılacaq.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, həmçinin Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası VVUF13-lə əlaqədar yol infrastrukturunun təkmilləşdirilməsi məqsədilə cari təmir işləri həyata keçiriləcək. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Siyahıya görə, Salyan şosesi. Bakı Dairəvi I avtomobil yolu, Zığ şosesi,  Pirşağı-Bilgəh avtomobil yolu,  Bibiheybət şosesi, daha sonra Yeni Günəşli,  Mərdəkan, Binə və Pirallahı qəsəbələrində bəzi küçələr, həmçinin Novxanı-Pirşağı yolu, Xırdalan dairəsi, Balaxanı-Binəqədi yolu, Binəqədi-Novxanı yolu, Lökbatan-Güzdək yollarında da təmir işləri nəzərdə tutulub.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirlib ki, sabahdan prosesə strart veriləcək. Qurumun mətbuat katibi Anar Nəcəfli hərəkətin necə təşkil ediləcəəyi ilə bağlı da məlumat verib.

"Sürücülərdən təmir ərazilərində hərəkət zamanı diqqətli olmaları, yol hərəkəti qaydalarına və ərazilərdə quraşdırılacaq müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.

OXŞAR XƏBƏRLƏR