Bu ərazinin qazı kəsildi

Bu ərazinin qazı kəsildi
SOSİAL
10:30 30.06.2025
136
Bakının Yasamal rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranıb.

Bu barədə AZXEBER.COM Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, bu gün saat 04:20-də Yasamal rayonu, A.Abbasov küçəsində qazıntı işləri aparılan zaman qaz xətti zədələnib.

A. Abbasov, A. Şərifzadə küçələrinin tam olaraq, M. Seyidov küçəsinin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
OXŞAR XƏBƏRLƏR