Bu erotik gözəl böyük bir mafiyanın lideridir - FOTOLAR

Bu erotik gözəl böyük bir mafiyanın lideridir -  FOTOLAR
MAQAZİN
00:23 06.06.2014
7375

Meksikada yerli polis və ordunun ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları ilə birlikdə həyata keçirdikləri əməliyyatlarda bir çox mafiya bossları öldürüldü, narkokartellərin liderləri tutularaq həbsxanalara salındı.

Bu səbəbdən də ən qəddar və qüdrətli kartellərdən biri sayılan "Sinoloa"nın tərkibindəki "Antraks" mafiya qruplaşmasının yeni lideri qadındır.

"Antraks imperatriçası" adlandırılan Klaudiya Oçoka Feliks qəddarlığı və hiyləgərliyi ilə ad çıxarsa da, sosial şəbəkələrdə də məşhurdur.

O, öz şəkillərini çəkərək yaymağı çox sevir.

"Antraks" qruplaşmasının lideri Rodriqo Aeriçiqa Qamboa ötən il Hollandiyada tutulub. Onun ABŞ-a təhvil verilməsi gözlənilir.

27 yaşlı Klaudiya isə "Antraks"ı çox sərt idarə edir. Kartelin yüzlərlə üzvü onun bütün əmrlərini yerinə yetirirlər.
OXŞAR XƏBƏRLƏR