Amerika kəşfiyyatı Əsədin dinc sakinlərə qarşı kimyəvi silahdan istifadədə əli olduğu haqqında dəqiq məlumata malik deyil
Amerika kəşfiyyatı Əsədin dinc sakinlərə qarşı kimyəvi silahdan istifadədə əli olduğu haqqında dəqiq məlumata malik deyil. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-ın kəşfiyyat qrupunun nümayəndələri bunu etiraf edib. “Washington Times” belə bir məlumat yayıb. “Son zamanlarda kəşfiyyat qrupunda Əsədin komandirlərini və kimyəvi arsenalını nə dərəcədə nəzarət altına saxladığı haqqında tez-tez mübahisələrin yaranır. Əgər onların generallarından kimsə bu addımı atsa, onların təşəbbüsünə görə, bu Əsəd üçün ciddi problem hesab edilə bilərdir. Belə olan halda onun silahlara nəzarəti ola bilməzdi”, - deyə kəşfiyyat qrupunun nümayəndələri bildiriblər. Mütəxəssislər ehtimal edirlər ki, Suriyada kimyəvi silahın beynəlxalq nəzarətə vermək cəhdi bir sıra problemlərə gətirib çıxara bilər. Ekspertlərin fikrincə, “Bu cür hücuma kimin sərəncam verdiyini müəyyən etmək üçün kiafyət qədər sübut yoxdur”. Onların sözlərinə görə, “Məhz buna görə, ABŞ administrasiyası nümayəndəsi və prezident Obama son zamanlar fikirlərində daha da ehtiyatlı olublar və konkret onun liderinə yox, “Suriya rejimi”nə qarşı ittihamla çıxış edirlər”. Əsəd Amerikanın PBS kanalına verdiyi müsahibədə qeyd edib ki, ABŞ-ın Suriya hakimiyyətini kimyəvi hücumda ittihamının heç bir dəlili yoxdur. “Dəlili olmayan şeyi necə sübut etmək olar?”- deyə Əsəd bildirib.