"Bu fərman Xankəndi, Xocalı və Xocavəndin taleyi necə olacaq sualına cavab oldu" - Partiya sədri

"Bu fərman Xankəndi, Xocalı və Xocavəndin taleyi necə olacaq sualına cavab oldu" - Partiya sədri
SİYASƏT
17:06 07.07.2021
3174
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalayıb. Hesab edirəm ki, bu fərmanda iki detalın tarixi əhəmiyyəti var:

- Dövlət Qarabağa dair açıq qalan məsələlərlə bağlı mövqeyini ilk dəfə rəsmi sənədlə bəyan etdi;

- Dövlətin gələcək strateji hədəfi rəsmiləşdi".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.

O bildirib ki, bu fərmanla Qarabağın "statusunun” olmayacağı rəsmi sənədlə təsdiq olunub: 

 

"Fərmana görə, Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil edilib. 

Beləliklə də sülhməramlıların hələlik nəzarətində olan Xankəndi, Xocalı və Xocavənd rayonu ilə bağlı müharibədən sonra ilk rəsmi qərar qəbul olundu və bu fərmanda ən vacib məsələyə dair rəsmi qərarın verilməsi hesab oluna bilər:

1) Qarabağın "statusunun” olmayacağı rəsmi sənədlə təsdiq olunur;

2) Xankəndi, Xocalı və Xocavənddə yaşayan ermənilər yalnız Azərbaycan vətəndaşı kimi bölgədə yaşaya bilərlər:

Əliyevin prosesi yetişdirməsi və zamanında – Şuşa Bəyannaməsinin imzalanmasından sonra yekun qərarı verməsi xüsusilə diqqət çəkir.

Düşünürəm ki, burada həm də müharibədən sonra "Xankəndi, Xocalı və Xocavəndin taleyi necə olacaq?” suallarının rəsmi cavabı yer alır.

Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Azərbaycan dövlətinin Qərbi Zəngəzura qayıdış hədəfinin də rəsmi elan edilməsidir zənnimcə. Əliyev dövlətin gələcək strategiyasını açıq elan etdi desəm lap yerinə düşər…
OXŞAR XƏBƏRLƏR