"İrsimizə atəş açmayın” adlı yeni sənədli film çox düşündürür.
İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai
Birliyinin sədri, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının
müdiri, əməkdar jurnalist Şəlalə Həsənovanın
Azərbaycan, alman və rus dillərində hazırladığı bu filmdə həm sülhə çağırış, həm
İrəvansızlığın nostaljisi, həm düşmən gülləsi ilə qətlə yetirilən uşaqların
harayı var.
Bu gün
dünya siyasətinin tendensiyalarından biri həqiqətə ikili standartlarla yanaşmaqdır.
Amma bütün hallarda əlahəzrət FAKT öz sözünü deyir. Şəlalə Həsənovanın
hazırladığı filmin gücü və təsiri onun təməlini təşkil edən təkzibolunmaz
faktlardadır. Belə ki, faciəsi qəlbimizi odlayan dağıdılmış İrəvan məscidləri qərb
və Rusiya alimləri, səyahətçiləri, yazıçılarının xatirələrində canlandırılır və ilk dəfə film formatında Yerevanın xəritəsində onların yerlərini aydın şəkildə göstərmişdir.
İrəvanın orta əsr Azərbaycan şəhəri olması faktı təsdiqlənməklə yanaşı, ermənilərin bu yerləri farslaşdırma iddiaları erməni tarixçisi Tatevos Akopyanın dili ilə ifşa olunur. Eçmiədzin kilsəsinin yepiskopu Ovanes Şahhatunyantsa istinad edərək o yazıb ki, "Göy məscidin cənub hissəsində Hüseynəli xanın adının olduğu yazı və tikintinin başa çatdığı tarix həkk olunub - !765-ci il”. Bu da onu subut edir ki, Göy məsçidi erməni yalanına zidd olaraaq hansisa fars deyil, türk mənşəli Qacarlar nəslindən olan AZƏRBAYCANLI, İrəvan xanı Hüseynəli xan tikdirib.
Bununla
yanaşı, Şəlalə Həsənova Azərbaycanla Ermənistan arasında yaradılmış "Sülh
Platforması”nın həmtəsisçisi kimi, iki ölkə arasındakı qarşıdurma nəticələrinin
aradan qaldırılması, düşmən obrazının məhv edilməsi və daxili sülh
ehtiyatlarının axtarılması mövqeyindən çıxış edir. Filmdə göstərildiyi kimi, rasional
fikirli ermənilərin özləri də etiraf edirlər ki, tarixi gerçəkliklər erməni
xalqının özündən belə gizlədilir.
Azərbaycan
Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə yardımı ilə ərsəyə gəlmiş "İrsimizə atəş açmayın” Şəlalə
Həsənovanın sayca 10-cu filmidir. Bu yaxınlarda filmin ilk təqdimatı Tiflisdə
M.F.Axundov adına Azərbaycan Mədəniyyəti muzeyində keçirilmişdir. Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə reallaşan
tədbirdə Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, siyasətçilər, media
təmsilçiləri iştirak edib, film haqqında yüksək təsuratlarını bildirmişlər.