Bu foto qalib oldu, mükafat aldı

MARAQLI
15:10 28.11.2023
243
Hər il keçirilən və finala qalan fotoların böyük maraqla qarşılandığı Yabani heyvanların komedik pozları ( Comedy Wildlife Photography Awards) mükafatını bu il qazanan foto gitara ifa edən kenquru olub.

AZXEBER.COM xarici mətbuata istinadən bildirir ki, qalib olan fotonun müəllifi Ceyson Mur çıxışında bildirib:

"Mən sarı çiçəklərlə dolu açıq sahədə qidalanan Qərbi Boz Kenquru sürüsünün yanından keçirdim. Kameram yanımda idi, ona görə də bir neçə şəkil çəkmək üçün dayandım. Birdən bir kenqurunun yumoristik pozada dayandığını gördüm. Mənə elə gəldi ki, o, gitarada musiqi ifa etməyə çalışır”.


Aysel

OXŞAR XƏBƏRLƏR