Bu futbolçu "Qarabağ"dan ayrılacaq - Qurban Qurbanovu qane etmir

Bu futbolçu "Qarabağ"dan ayrılacaq - Qurban Qurbanovu qane etmir
İDMAN
21:57 12.12.2018
4591
Qış fasiləsində "Qarabağ"dan göndəriləcək ilk futbolçu müəyyənləşib.

Mövsümün əvvəlində "Bursaspor"dan transfer olunan Con Delarjla müqaviləyə xitam veriləcək.

Konqolu hücumameylli yarımmüdafiəçinin çıxışı Qurban Qurbanovu qane etmədiyindən baş məşqçinin onun komandada qalmasında maraqlı olmadığı bildirilir.

28 yaşlı futbolçu özü də bu gün "futbolinfo.az" saytına açıqlamasında qış fasiləsində "Qarabağ"dan ayrıla biləcəyini istisna etməyib.

Qeyd edək ki, "Qarabağ" Delarja görə Bursaspor-a 170 min avro təzminat ödəmişdi. Onunla 2+1 illik müqavilə imzalanıb.
OXŞAR XƏBƏRLƏR