Bu futbolçu yayda "Barselona"ya qoşulacaq

Bu futbolçu yayda "Barselona"ya qoşulacaq
İDMAN
18:39 02.05.2022
482
"Barselona"nın yay transfer pəncərəsində heyətinə qatacağı futbolçulardan birinin kimliyi dəqiqləşib. Bu, "Milan"ın yarımüdafiəçisi Frank Kessyedir. 

AZXEBER.COM Fanat.az-a istinadən xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.

Mənbə Kataloniya təmsilçisinin Fil Dişi Sahilindən olan 25 yaşlı futbolçu ilə müqavilə şərtlərini razılaşdırdığını və onun iyulun 1-də İspaniya nəhənginə qoşulacağını bildirib.

Qeyd edək ki, Kessyenin "Milan"la olan anlaşmasının müddəti iyunda başa çatacaq və o, azad agentə çevriləcək. Bu mövsüm milanlıların formasıyla bütün turnirlərdə 36 oyun keçirən Frank 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 45 milyon avro ilə dəyərləndirir.
OXŞAR XƏBƏRLƏR