Bu futbolçular "Neftçi"dən gedir

Bu futbolçular "Neftçi"dən gedir
İDMAN
15:11 13.12.2017
1393
"Neftçi" 3 futbolçusunu icarəyə verəcək
 
AZXEBER.COM xəbər verir ki, bu barədə klubun prezidenti Orxan Hüseynzadə açıqlama verib.

Klub rəhbəri bildirib ki, gənc futbolçular - Fəhmin Muradbəyli, Məqsəd İsayev və Rahil Məmmədov icarəyə veriləcək. Tərzin Cahangirovu transfer etmək istəyən olsa, razılıq veriləcək, əks halda icarəyə göndəriləcək.

Orxan Hüseynzadə 2-3 futbolçu transfer etmək istədiklərini deyib. Onun sözlərinə görə, mərkəz müdafiəçisi, sol cinah yarımmüdafiəçisi və hücumçu mövqeyinə futbolçular axtarırlar.

Daniel Seqoviya və Mateo Mujekin taleyinə gəlincə, prezident bildirib ki, onların gələcəyi ilə bağlı qərar "Zirə" ilə kubok matçından sonra veriləcək.

OXŞAR XƏBƏRLƏR