Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 35-38 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.