Bu gün əfv fərmanının veriləcəyi gözlənilir

MARAQLI
08:01 29.12.2010
1905

 

“Son söz prezidentindir”, - deyə M. İbrahimqızı əlavə edib. Siyahıda tanınmış şəxslərin olub-olmaması barədə suala cavabında isə M. İbrahimqızı bildirib ki, onlar üçün məhbusun isminin, tanınıb-tanınmamasının fərqi yoxdur.
“Əfv Komissiyasının siyahısı artıq prezidentə təqdim olunub. Mənə elə gəlir ki, prezident həmişəki kimi, bu dəfə də siyahıya diqqətlə yanaşacaq. Ola bilsin ki, siyahıya bir-iki nəfərin də adını prezident özü əlavə etsin. Bu, onun səlahiyyətinə aiddir. Yəqin ki, biz bu gün, ya da sabah əfv fərmanının imzalanacağını görəcəyik”.
Bu açıqlamanı isə Əfv Komissiyasının üzvü, millət vəkili Elmira Axundova deyib. E. Axundova siyahıda çoxlu sayda şəxsin adının olduğunu bildirib: “Bu, kütləvi əfvlərdən biri olacaq”.
Komissiya üzvünün sözlərinə görə, əfv olunacaq şəxslər arasında məişət zəminində cinayət törədən şəxslər, yol-nəqliyyat hadisələri törədərək azadlıqdan məhrum edilənlər, İnzibati Xətalar Məcəlləsini pozanların adları ola bilər. E. Axundova əfv olunacaq şəxslərin arasında qadınların da olacağını açıqlayıb: “Biz, adətən əfv fərmanlarında qadınların adlarına rast gəlmirik. Çünki qadınlar adətən daha ağır cinayət hadisələri törədirlər. Bu dəfə isə təxminən dörd qadının adı əfv siyahısına salınıb”. Millət vəkili siyahıda xarici vətəndaşların da adlarının olduğunu, onların sərbəst buraxılandan sonra Azərbaycanı tərk edəcəklərini açıqlayıb. bizimyol

OXŞAR XƏBƏRLƏR