Bu gün "Azal" və "Qarabağ" siftə edir

İDMAN
11:24 30.06.2011
2080
Ölkə kubokunun qalibi “Xəzər Lənkəran”dan fərqli AZAL-la “Qarabağ”ın Avroliqada I təsnifat mərhələsində çıxış edəcək. Püşkə əsasən hər 2 komandamıza münasib rəqib düşdüyündən, mərhələ keçmək şanlarımız çoxdur. Ancaq bu, qətiyyən arxayınlaşmağa əsas vermir. Əks təqdirdə bunun acısını çəkə bilərik.

AZAL-ın “Qarabağ”la müqayisədə oyunu 30 dəqiqə tez başladığından, cari mövsümdə ilk meydana çıxan təmsilçimiz olacaq. Üstəlik, “təyyarəçilər” bu ildən istifadəyə verdikləri Şüvəlan qəsəbəsindəki doğma stadionlarında avrokuboklarda ilk oyunlarını keçirəcəklər. Bu, adıçəkilən arenada ilk beynəlxalq miqyaslı görüş kimi tarixə düşəcək. Təbii ki, AZAL belə tarixi gündə debütantla matçda bunu yalnız qələbə ilə qeyd etməlidir. Nazim Süleymanovun çalışdırdığı komanda Şüvəlanda debüt oyununda buna nail ola bilmişdilər və indi növbəti tarixi yazmağa çalışacaqlar.

Son 2 mövsümdə Avroliqada son təsnifat mərhələsinə kimi irəliləyən “Qarabağ” isə “Banqa” ilə görüşdə favorit olsa da, AZAL kimi rəqibi hazırda çempionatda oynayır. Üstəlik, ağdamlılar səfərdə sintetik örtüklü meydançada oynamalı olacaqlar. “Qarabağ”ın liderlərindən olan Əfran İsmayılovun zədə üzündən kənarda qalması da problem yaradır ki, onu yeni transfer Bəxtiyar Soltanov əvəzləyə bilər. Hər halda, Bəxtiyar Əfran kimi yarımmüdafiənin sağ cinahında çıxış edir. “Qarabağ”dan qələbə gözləsək də, səfərdən məhsuldar heç-heçə ilə dönmək də pis nəticə olmayacaq.


Avroliqa, I təsnifat mərhələsi

İlk oyunlar

30 iyun

20:00. AZAL (AZƏRBAYCAN) – “MİNSK” (BELARUS)
Baş hakim: Andres Treymanisin (Litva)
Bakı. Şüvəlan qəsəbəsindəki Şüvəlan qəsəbəsindəki AZAL stadionu

20:30. “BANQA” (LİTVA) - “QARABAĞ” (AZƏRBAYCAN)
Baş hakim: Torvaldur Arnason (İslandiya)

OXŞAR XƏBƏRLƏR