Bu gün leysan olacaq

MARAQLI
05:49 11.07.2011
1793


İyulun 12-də havanın arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərindəqısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi 8-13 m/s, arabir 15-17 m/s çatacaq. Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-32° isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında bu gün əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq. 

İyulun 12-13-də də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır . Ayrı-ayrı yerlərdəlokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti, dağlarda gecə12-17° isti, gündüz 20-25° isti olacaq.


OXŞAR XƏBƏRLƏR