Bu gecə 100 ilin ən uzunmüddətli Ay tutulması olacaq

Bu gecə 100 ilin ən uzunmüddətli Ay tutulması olacaq
SOSİAL
14:16 27.07.2018
4075
İyulun 27-dən 28-ə keçən gecə bu ilin ikinci Ay tutulması hadisəsi baş verəcək.
 
AZXEBER.COM AMEA-nın saytına istinadən xəbər verir ki, bir saat 43 dəqiqə davam edəcək bu təbiət fenomeni yüz ilin ən uzunmüddətli Ay tutulması olacaq.
 
AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Ay tutulması hadisəsini müşahidə etmək məqsədilə "Açıq qapı” günü elan edir.
 
Ziyarətçilər bu gün Şamaxı Astrofizika Rəsədxanası ilə tanış ola və teleskop vasitəsilə səma cisimlərini ödənişsiz müşahidə edə biləcəklər.

OXŞAR XƏBƏRLƏR