Bu gecə də yatmamaq məsləhətdir

İDMAN
12:31 17.06.2014
2177
Futbol üzrə dünya çempionatının təqvimini təqdim edirik: Bu günün DÇ: Bu gün kimlər güclərini sınayacaq Matç: Belçika- Əlcəzair Saat: 21.00-da Oyun haqqında: Belçika yığması 12 il ərzində ilk dəfədir ki, Dünya Çempionatına qatılır. Buna baxmayaraq bu balaca ölkənin komandası turnirin ulduz futbolçularla dolu yığmalarındandır. Belçikanın ən yaxşı oyunçuları ən məşhur klublardandırlar. Onlar cavandırlar, lakin bir yerdə yığılaraq böyük turnirlərdə hələ əsaslı bir nəticə əldə edə bilməyiblər. Rəqib komanda isə təvazökar Əlcəzair yığmasıdır. Artıq 2-vi çempionatdır ki, onlar 32 finalist arasındadır. Keçən çempionatda qrup oyunlarından çıxa bilməmişdilər. Baxılası nə var: Belçikanın super ulduzlarının oyunlarına baxmağa dəyər. İntriqa nədədir: Bu dünya Çempionatının favoritlərindən sayılan Belçika yığması xal toplaya biləcəkmi? Məkan: Belu-Orizonti, “Mineyrao” Matç: Braziliya-Meksika Saat: 00.00-da Oyun haqqında: Braziliya və Meksika yığmaları birinci turda Xorvatiya və Kamerun üzərində qələbə qazanaraq hər ikisi üç xal toplaya bilib. Lakin bundan sonra “A” qrupunun iki ən güclü komandası hansının 1/8 finala, hansının isə qrup etapında axrıncı oyuna hazırlaşmalı olduğunu müəyyənləşdirməlidir. Kimə və nəyə baxaq: Braziliya yığmasının forvardı Neymar görən yenə də gözəl bir qola imza ata biləcəkmi? Ümumiyyətlə bu məşhur komandaların oyununa baxmağa dəyər. İntriqa nədədir: Meksikalılar çempionatın yiyələrinin təzyiqinə dözə biləcəkmi? Məkan: Fortaleza, Kastelao 18 iyun Matç: Rusiya- Cənubi Koreya Saat: 03.00-da Kim oynayır: Rusiya axır ki, Dünya Çempionatında start götürür. Fabio Kapellanın komandasının ilk oyunu Cənubi Koreya yığmasına qarşıdır. Qeyd edək ki, bu iki komanda hələ keçən payızda görüşmüşdü və oyun 1:1 hesabı ilə başa çatmışdı. Baxılası nə var: 12 ildə ilk dəfə Dünya Çempionatında oynayan Rusiyanın səriştəli Cənubi Koreya komandasının təzyiqlərinə necə tab gətirəcəyi maraqlıdır. İntriqa nədədir: Heç gözlənilməyən Rusiya qələbəsi yaşana bilərmi?
OXŞAR XƏBƏRLƏR