Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
SOSİAL
11:15 08.03.2026
235
Bu gecə Azərbaycanda ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu il ilk Qədr gecəsi ramazan ayının 18-dən 19-na, yəni martın 8-dən 9-na keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.

Xatırladaq ki, ramazan ayı Azərbaycanda fevralın 19-da başlayıb. Şəvval ayının 1-i, yəni martın 20-də Ramazan (Fitr) bayramı olacaq.
OXŞAR XƏBƏRLƏR