Gənc qız bəyəndiyi geyim üçün çəki atıb.
İngilis qız bəyəndiyi gəlinliyi geyinə bilmək üçün iradə nümayiş etdirib. ANS PRESS-in məlumatına görə, Bridgend qəsəbəsində yaşayan Kirsti Tomas 9 ayda 4 ölçü kiçilib.
AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, 25 yaşlı gənc qızın həyatı evlilik təklifi alması ilə dəyişib.
Tomas toy üçün bəyəndiyi gəlinliyin böyük ölçüdə istehsal edilmədiyini öyrənib. Bundan sonra o qidalanma şəklini tamamilə dəyişib. Bu qərarı verəndə o 97 kq olub.
İddialı olan qız 36 ölçülü gəlinliyi alıb. Bundan sonra o sərt pəhrizə və idmana başlayıb.
Ağır cəhdlərdən sonra gənc qız 62 kq-a kimi düşə bilib. Nəticədə o aylar öncə aldığı gəlinliyini rahatlıqla geyinə bilib.
"Metro" qəzetinə hekayəsinə danışan Tomas özü ilə fəxr etdiyini deyib. "Toy albomum xəyallarımdakı kimidir. Fotolara baxmaq belə məni xoşbəxt edir".





