Bu görüntü Türkiyəni qarışdırdı - FOTO

DÜNYA
11:42 05.10.2014
2636
Heyvan traktorun arxasından asılı vəziyyətdə qaçdığı mağazaya gətirilib.
Türkiyənin Sivas şəhərində qurbanlığın ayağından traktora bağlanaraq aparılması etirazlara səbəb olub.
AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, Sivasda qurbanlıq buğalardan biri qaçıb. Heyvan maşın yoluna çıxaraq şəhərin mərkəzinə tərəf qaçmağa başlayıb. Lakin qurbanlığın sahibləri onu bir küncə sıxışdıra bilib. Hadisə yerinə Bələdiyyənin Heyvanların mühafizəsi xidmətinin əməkdaşları çağırılıb. Onlar buğaya tüfənglə sakitləşdirici iynə vurublar. Daha sonra isə heyvanı traktorun arxasına ayağından bağlayaraq kəsiblər. Heyvan təxminən 1 kilometr traktorun arxasından asılı vəziyyətdə qaçdığı mağazaya gətirilib.
Bu isə sakinlərin etirazına səbəb olub. Sakinlər yerli bələdiyyənin qarşısına gələrək etiraz ediblər.
OXŞAR XƏBƏRLƏR