İsrailin havadan və dənizdən bombaladığı Qəzzada, xüsusilə, uşaqların hədəf seçilməsi müşahidə edilir.
AZXEBER.COM Gun.az-a istinadən xəbər verir ki, İsrailin xüsusi amansızlıq nümayiş etdirdiyi son hücumla bağlı dəhşətli bir fakt ortaya çıxıb.
İsrail ordusunda xidmət edən David Ovadia adlı əsgər Instagram hesabından 13 uşağı öldürdüyünü etiraf edib. İsrailli əsgər 50 kalibrlı snayperlə poza verərək müsəlmanları təhqir edib.
Qeyd edək ki, İsrailin 22 gündür davam edən Qəzza hücumunda 1362 nəfər öldürülüb, 7677 nəfər yaralanıb.