20:52 Cümə Axşamı, 05 Dekabr 2019
SOSİAL

Bu gün “28 May”a gedən bütün prospekt və küçələr bağlanacaq

12:59, 19.10.201911660
Bu gün “28 May”a gedən bütün prospekt və küçələr bağlanacaq
Bu gün oktyabrın 19-da metronun "28 May” stansiyasına gedən bütün prospekt və küçələr saat 12.00-dan 18.00-a qədər bağlanacaq. Söhbət o cümlədən şəhərin ən uzun və nəqliyyatın, piyadaların hərəkətinin intensiv olduğu "Azadlıq” prospektindən və ona birləşən küçələrdən gedir.

AZXEBER.COM xəbər verir ki, məlumat virtualaz.org-a hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən daxil olub.

Məlumatda bildirilir ki, Bakı Metropoliteni də qatarların hərəkət istiqamətində dəyişiklik edib və bu dəyişikliyə əsasən qatarlar "28 May” stansiyasında dayanmayacaq, stansiyanın "Cəfər Cabbarlı” və "Azadlıq prospekti” girişləri də bağlı olacaq. Bu tədbirlər Milli Şuranın təyin etdiyi icazəsiz aksiya ilə əlaqəlidir və Daxili İşlər Nazirliyi qanunsuz aksiyanın qarşısının alınması zamanı insanların təhlükəsizliyinin təmin edilməsi üçün belə radikal tədbirlərə əl atıb.
XƏBƏR LENTİ