Bu gün 37 mindən çox şagird buraxılış imtahanı verir

Bu gün 37 mindən çox şagird buraxılış imtahanı verir
SOSİAL
12:08 02.06.2019
5775
Dövlət İmtahan Mərkəzi bu gün Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsini keçirir.

Dövlət İmtahan Mərkəzindən AZXEBER.COM-a verilən məlumata görə, bu gün ümumilikdə 37670 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının ikinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 81 imtahan mərkəzi ayrılıb.

İmtahanda 37670 (Bak şəhəri Yasamal rayonunda 2739, Binəqədi rayonunda 4413, Səbail rayonunda 1659, Xətai rayonunda 3580, Xəzər rayonunda 3044, Nərimanov rayonunda 2299, Suraxanı rayonunda 3110, Sabunçu rayonunda 4948, Nəsimi rayonunda 2269, Qaradağ rayonunda 2258, Nizami rayonunda 2496, Pirallahı rayonunda 388,  Naxçıvan Muxtar Respublikasında 3461, Şirvan şəhərində 1006) nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR