Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başlayır.
AZXEBNER.COM-un məlumatına görə, iyunun 28-dək davam edəcək sessiyanın gündəliyinə Azərbaycanla bağlı hər hansı məsələ daxil edilməyib.Sessiyanın gedişində Bolqarıstanda keçirilmiş parlament seçkilərinin nəticələri, Yaxın Şərqdə vəziyyət, Macarıstanın Avropa Şurası qarşısında öhdəliklərinin yerinə yetirilməsi, səhiyyə və digər məsələlər müzakirə olunacaq.Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın və Avropa Parlamentinin prezidenti Martin Şultsun çıxışları da nəzərdə tutulub.Qeyd edək ki, sessiya çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətinin görüşü planlaşdırılır.Görüşün AŞPA prezidenti tərəfindən təşkil olunacağı bildirilir.