"Azərbaycan müasir texnika və silahlarla təchiz edilən yenilməz orduya sahibdir"

"Azərbaycan müasir texnika və silahlarla təchiz edilən yenilməz orduya sahibdir"
SİYASƏT
11:22 26.06.2023
452
Ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Müasir Azərbaycan dövlət müstəqiliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və təkidi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Odur ki, fəxrlə deyə bilərik ki, Heydər Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur. 

Ümummilli Liderimiz, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev təcrübəli və səriştəli siyasətçi idi. O, uzun müddət dövlət təhlükəsizlik orqanlarında və Mərkəzi Komitədə rəhbər vəzifədə işləmişdi. Odur ki, dünyada gedən siyasi proseslərdən xəbəri var idi. Heydər Əliyev hələ Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində işlədiyi vaxtlardan ölkəmizdə ordu quruculuğuna başlamışdı. Umummilli Lider həmin dövrdə milli zabit kadrlarımızın yetişdirilməsi üçün öz nüfuzu ilə mərkəzə müəyyən təsirlər edərək Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi təmayüllü internat məktəbi yaratmışdı. 

Bu, o dövr idi ki, azərbaycanlı gənclər orduda qulluq etmək üçün əsasən Rusiyaya göndərilir və iki il qulluq müddətində silah tutmağı belə öyrənməsinlər deyə yalnız tikintidə, hərbi yeməkxanalarda və yaxud başqa işlərdə işlədilirdilər. Belə bir vaxtda bu, Azərbaycan rəhbərliyi tərəfindən atılmış çox cəsarətli və mühüm bir addım idi.
Beləliklə, o dövrlərdə qeyri-hərbi sahələrə yönəldilən Azərbaycan gəncləri artıq hərbi təhsil almağa başladılar. 

Müstəqillik dövründə Azərbaycan Ordusu yarananda zabit heyətinin əsasını da məhz Cəmşid Naxçıvanski adına hərbi məktəbin  yetirmələri təşkil etdi. 
Dahi rəhbərin 1998-ci il martın 13-də imzaladığı Sərəncama əsasən, Naxçıvanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin filialı açıldı. 

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ordu quruculuğunda  taleyüklü addımlar atıldı və Azərbaycan Ordusu elmi-nəzəri əsaslar üzərində qurulmağa başladı. 
Dahi rəhbər Heydər Əliyev güclü və intizamlı ordunun yaradılmasının, həm də yüksək ixtisaslı milli zabit kadrlarının mövcudlugundan asılı olaraq Hərbi Akademiyanı yaratdı, Ali Hərbi Dənizçilik və Təyyarəçilik Məktəblərini formalaşdırdı. Bir il sonra isə Silahlı Qüvvələrin Hərbi Akademiyasını yaranmasına nail oldu.. 

Ümummilli Lider Heydər Əliyevin 1998-ci il may ayının 22-də imzaladığı Fərmana əsasən, 1998-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün-iyunun 26-sı Azərbaycan Silahlı Qüvvələr Günü elan edildi. 

Ulu Öndər Heydər Əliyev Silahlı Qüvvələrin kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə isə Müdafiə Nazirliyinin təşkil edilməsi barədə 1999-cu il avqustun 20-də fərman verir. 
Ulu Öndər tez-tez səngərlərdə olur, əsgər və zabitlərlə şəxsən görüşür, ölkənin müdafiə qüdrətini və hərbi potensialını artırmaq üçün ciddi addımlar atırdı.
Məhz Ulu Öndərin qətiyyətinin və böyük sərkərdəlik məharətinin nəticəsi idi ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı baş tutdu. 
Bütün bunlar sübut edir ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz siyasi lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir.

2003-cü ildə Silahlı Qüvvələr günündə Heydər Əliyev çıxış edərək demişdi: "Azərbaycanın güclü Ordusu bu gün də, sabah da, 10 il, 100 il bundan sonra da lazımdır. Azərbaycan Ordusu, onun Silahlı Qüvvələri böyük gələcəyə baxmalıdır. Böyük gələcəyin təminatçısı isə yalnız güclü, sarsılmaz ordu ola bilər...” 

Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamız qüdrətləşən, müasir texnika və silahlarla təchiz edilən yenilməz orduya sahibdir.
Daim dövlətin qayğısı ilə əhatə olunan Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. 
İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alaraq bizim qarşımızda duran əsas vəzifə hərbi kadrların peşəkar səviyyəsini artırmaq, müdafiə potensialını möhkəmləndirmək, ordumuzun gücünü və hərbi qüdrətini daima yüksəltməkdir. 
Azərbaycan Ordusu müasir silah-sürsat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır. Və bildiyimiz kimi bu gün ordumuz dünyanın 50 aparıcı ordusu sırasındadır.
Ümummilli Lider Heydər Əliyevin siyasi davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında ordu quruculuğu haqqında demişdir: "Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirilir”. 

Seymur Qasımov
Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
15:12 06.10.2026
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
15:08 06.10.2026
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
14:59 06.10.2026
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
14:57 06.10.2026
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
14:50 06.10.2026
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI
14:44 06.10.2026
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI
Yaş artdıqca evlənmək istəyi niyə azalır?
14:37 06.10.2026
Yaş artdıqca evlənmək istəyi niyə azalır?
Bu qidalar depressiya riskini artıra bilər – Alimlərdən xəbərdarlıq
14:34 06.10.2026
Bu qidalar depressiya riskini artıra bilər – Alimlərdən xəbərdarlıq
Havalar soyuyur, kombilər işə düşür – Ekspertdən xəbərdarlıq
14:34 06.10.2026
Havalar soyuyur, kombilər işə düşür – Ekspertdən xəbərdarlıq
Sosial şəbəkələr insanların özünəinamına necə təsir edir?
14:12 06.10.2026
Sosial şəbəkələr insanların özünəinamına necə təsir edir?