Bu gün Azərbaycanda Milli Qurtuluş Günüdür

Bu gün Azərbaycanda Milli Qurtuluş Günüdür
13:08 15.06.2012
1043

1993-cü ilin iyununda Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı- ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycının bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planı tam gücü ilə işə salınmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyir. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb edir. Vəziyyət nəzarətdən çıxır. Ətraf rayonların icra başçıları zorla dəyişdirilir. Surət Hüseynovun etiraz aksiyası məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya geniş miqyas alır. Artıq vətəndaş müharibəsi başlanmışdı. Ölənlər və yaralananlar var idi. Dövləti məhv olmaqdan xilas etmək iqtidarında olmayan iqtidarın yeganə çıxış yolu qalır-Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək.   Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncədə baş verənlərlə bağlı arayış verir. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçilir.   Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliyada təyyarə yaşayış binasına çırpılıb
05:29 04.04.2026
Braziliyada təyyarə yaşayış binasına çırpılıb
KİV: ABŞ və İran arasında atəşkəs səyləri çıxılmaz vəziyyətə düşüb
03:20 04.04.2026
KİV: ABŞ və İran arasında atəşkəs səyləri çıxılmaz vəziyyətə düşüb
Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb
02:46 04.04.2026
Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
01:04 04.04.2026
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
00:42 04.04.2026
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
00:20 04.04.2026
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
NDU-da yeni təyinat
23:55 03.04.2026
NDU-da yeni təyinat
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
23:48 03.04.2026
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
23:42 03.04.2026
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
23:39 03.04.2026
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
23:29 03.04.2026
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
23:24 03.04.2026
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
23:20 03.04.2026
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
23:07 03.04.2026
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
Bu avtobuslar ləngiyə bilər
22:59 03.04.2026
Bu avtobuslar ləngiyə bilər
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert
22:41 03.04.2026
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert