AZXEBER.COM xəbər verir ki, səsvermə saat 08.00-da başlayacaq, saat 19.00-da isə seçki məntəqələri bağlanacaq.
Seçicilərin aktivliyi barədə gün ərzində mütəmadi olaraq ictimaiyyətə məlumat veriləcək. İlkin nəticələrin isə gecə saatlarında açıqlanacağı və MSK-nın rəsmi saytında yerləşdiriləcəyi gözlənilir.
MSK sədri Məzahir Pənahov vəd verib ki, yerli KİV nümayəndələrinin seçki prosesini izləməsinə heç bir məhdudiyyət qoyulmacaq. Amma MSK jurnalistləri məntəqələrə gedərkən şəxsiyyət vəsiqələrini də üzərlərində götürməyə çağırıb.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri sonuncu dəfə 2010-cu ildə keçirilib. Parlament seçkiləri 125 dairə üzrə majoritar qaydada keçirilir.